Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini 1954-cü il təvəllüdlü Şahnaz Mövsümova tutulub.
O, noyabrın 6-da Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində oturacağın üzərindən Qazax rayon sakini Sevil Mansurovaya məxsus içərisində mobil telefon və 2400 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov