Bakının Suraxanı rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Qaraçuxur qəsəbəsində qeydə alınıb. Səlmi Əlnəzərova, oğlu Tahir, onun arvadı Günel Quliyeva və oğlu Ümüd dəm qazından zəhərləniblər. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov