7 Noyabr 2014 16:14
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonu ərazisindəki orta məktəbdə yanğın olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə 51 saylı Orta Məktəbin zirzəmisində olub.

Nəticədə 12 kvm. sahə döşəmə və partalar yanıb. Tüstüdən 1 müəllimə və 3 şagird zəhərlənib. Zəhərlənənlər xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: