Bakının Binəqədi rayonunda narkotik alverçisi həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Kamil Tağıyev tutulub. Ondan 450 qram marixuana aşkar olunaraq götürülüb. Kamil Tağıyev əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov