25 Avqust 2021 12:43
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nur Retail” MMC-nin “Armo Store” mağazalar şəbəkəsinin Yasamal filialının müdiri Ağafərid Ağayevin qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Aparılmış ibtidai istintaqla Ağafərid Ağayevin 27 noyabr 2017-ci ildən 5 may 2018-ci ilədək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən müdiri olduğu müəssisənin büdcəsindən ümumilikdə 20 min 216 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Ağafərid Ağayevə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İş üzrə vurulmuş ziyanın tam ödətdirilməsi təmin edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər