7 Sentyabr 2021 17:34
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda arvadını qətlə yetirməyə cəhd etməkdə ittiham olunan 1984-cü il təvəllüdlü Kəmaləddin Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nizami Quliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Masallı rayonun Öncəqala kəndində 1994-cü il təvəllüdlü Zəhra Əzizovanı keçmiş həyat yoldaşı Kəmaləddin Əzizov bıçaqlayıb. Xəsarət alan qadın Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib.

İstintaq orqanı tərəfindən Kəmaləddin Əzizovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər