11 Noyabr 2014 08:35
506

Gecə saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsində içkili sürücü 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza törədib.

Teleqraf.com-un məlumatına görə, hadisə qəsəbənin Etibar Bəkirli küçəsində qeydə alınıb. Şamxal Hüseynovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil , qarşıdan gələn Orxan Babayevin idarə etdiyi “VAZ-2107” ilə toqquşub. Nəticədə "04" də olan sürücü və sərnişini, o cümlədən "07"-nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəzanın baş verdiyi əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası gəlib. Yaralılara hadisə yerində ilkin yardım göstərildikdən sonra xəstəxanaya aparılıblar. Yararsız hala düşmüş avtomobillər isə, evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. İlkin ehtimallara görə, qəzanın baş verməsinə səbəb "VAZ 2104"-ün sürücüsünün avtomobili içkili vəziyyətdə idarə etməsi olub.


Müəllif:
Загрузка...