15 Sentyabr 2021 19:12
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda qətl hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Rayon sakini Şıxəliyev Xəyal Təbriz oğlu aralarında yaranan ailə münaqişəsi zəmnində bacısı, 35 yaşlı Nəsirova Dilarə Təbriz qızına çoxsaylı bıçaq xəsarəti yetirib.

Ağır xəsarətlər alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

D.Nəsirovanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com