11 Noyabr 2014 12:08
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda cinayət hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Binəqədi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Ramil Tağıyev paytaxt sakini İslah Qafarova kürək nahiyəsindən küt alətlə xəsarət yetirib 850 manatını alıb.

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Tağıyev tutulub.

Hacı Zeynalov


Müəllif: