Bakı şəhərində silahlı dəstə zərərsizləşdirilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin qabaqlayıcı, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-a keçən gecə Neapol küçəsində yaşayan vətəndaşa qarşı silahlı basqına hazırlaşmaqda şübhəli bilinən Bakı şəhər sakinləri – 1986-cı il təvəllüdlü Rahib Hüseynov, 1967-ci il təvəllüdlü Elşən Rəhimov, 1977-ci il təvəllüdlü Natiq Yusifov, 1991-ci il təvəllüdlü Nahid Allahverdiyev və 1981-ci il təvəllüdlü C.İsmayılov tutulublar.
Saxlanılan şəxslərin əvvəllər məhkum olunduqları bildirilir.
Keçirilən ilkin əməliyyat-istintaq tədbirləri ilə Elşən Rəhimovdan 0,175 qram heroin, 1 cüt əlcək, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, Natiq Yusifovdan 0,176 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, Nahid Allahverdiyevdən 0,178 qram heroin, 1 ədəd “Baykal” MK 654 markalı pnevmatik tapança, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd beşbarmaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, Rahib Hüseynovdan 0,170 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, C.İsmayılovdan 0,161 qram heroin və , soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq götürülüb.
Hacı Zeynalov