11 Noyabr 2014 12:30
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda oğurluqla məşğul olan şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhman Məmmədov, Muxtar Rəhimov və Samir Yadigarov tutulublar.

Dəstə üzvləri Gülarə Hacıyevanın çantasını, Günel Rüstəmovanın mobil telefonunu, Rəqsanə Quliyevanın, Turanə Qurbanovanın, Pərviz Rzayevin, Günay Xasməmmədovanın pul kisəsini, Məlahət Aslanovanın çantasından, İbadət Kərimovun avtomobilindən, Vüsal Zeynalovun valyuta dəyişmə məntəqəsindən, Sədrəddin Mehdiyevin cibindən, Samir Xəlilovun mağazasından, Şərafət Əhmədovanın avtomobilindən oğurluqda, Elşən Abdullayevə, Qönçə Məmmədovaya, Patimat Həsənovaya, Mülayim Mirzəyevaya, Hafiz Əliyevə, Arzu Ələkbərovaya, İsmayıl Həşimova qarşı soyğunçuluq və Nazim Nəsirova qarşı dələduzluqda şübhəli bilinirlər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər