Bakının Nərimanov rayonunda həbs olunan şəxsin çoxsaylı cinayətləri üzə çıxıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Elnur Bağırov həbs edilib. Istintaq dövründə onun çoxsaylı cinayətlər törətməsi üzə çıxıb.
Müəyyən olunub ki, Ramil Sadıqovun, Ruslan Fərruxovun, Eldar Əliyevin, Günel Əliyevanın, Rauf Allahverdiyevin, Azər Rəhimovun, Ehtiram Nəzərovun, Jalə Rzabəylinin avtomobillərini talayıb.
Hacı Zeynalov