Pentensiar Xidmətin tərbiyə müəssisəsində “Breyn-Rinq” intellektual bilik yarışı keçirilib.
Bu barədə Teleqraf.com-a Pentensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində ənənəvi olaraq Respublikamızda hər il keçirilən “Uşaq Hüquqları aylığı” çərçivəsində Tərbiyə müəssisəsində həyata keçirilən tədbirlər davam edir.
“İnsan hüquq və azadlıqlarının müdafiəsi” və “Yetkinlik yaşına çatmayan məhkumların hüquq və azadlıqlarının müdafiəsi” üzrə qəbul edilmiş beynəlxalq aktlara uyğun olaraq, noyabrın 10-da müəssisədə “Breyn-Rinq” intellektual bilik yarışı keçirilib. Yarışda qalib gələn komandalara hədiyyələr təqdim olunub.
Hacı Zeynalov