18 Sentyabr 2021 10:01
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İslam Zeynalov və Sadiq Süleymanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com