19 Sentyabr 2021 09:44
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda tanışını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gndərilib.

İş araşdırılması üçün hakim Fikrət Qəribovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin iunun 20-də, saat 18 radələrində Binəqədi rayonu ərazisində 1985-ci il təvəllüdlü Ramil Oruclunun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Zeynal Zeynalovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər