11 Noyabr 2014 17:43
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Tahir Əmirahinin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tahir Əmrahi 8 il müddətinə azadlıqdan məhrum edilib.

Tahir Əmirahi Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər