25 Sentyabr 2021 15:24
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda qətl törətməkdə təqsirləndirilən Ruslan Xəlilovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Ruslan Xəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2020-ci ilin fevralın 2-də Göyçay rayon sakini Polad Salehovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.

Müəyyən edilib ki, zərərçəkmişin tanışı Ruslan Xəlilov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Polad Salehovu bıçaqlayaraq öldürüb.

Ruslan Xəlilov Göyçay rayonunda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dayısına məxsus “Əsgəroğlu” adlanan mağazanı işlədib.

Polad Salehovun isə mağazaya 42 manat borcu olub. Mübahisə də borc üstündə baş verib.

Bu zaman Polad Salehov ona nalayiq ifadələr işlədib.

Daha sonra Ruslan Xəlilov mağazada istifadə etdiyi bıçaqla onu qətlə yetirib.

İstintaq orqanı tərəfindən Ruslan Xəlilovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər