25 Sentyabr 2021 17:38
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Rahim Cəlilov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Rahim Cəlilov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2020-ci ilin yanvarın 12-də, saat 20 radələrində Şəki rayon sakini Əhmədova Ruqiyə Şükür qızı öldürülüb.

İstintaqla qeyd edilən tarixdə Rahim Cəlilovun sərxoş vəziyyətdə Şəki şəhəri, Bağbanlar küçəsi ünvanında yerləşən evinə gəldikdən sonra qayınanası Ruqiyə.Əhmədova ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı sonuncunun qızı və azyaşlı nəvələrinin gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək onu ölüdürüb.

Hadisə günü Rahim Cəlilovun övladının doğum günü imiş.

İstintaq orqanı tərəfindən Rəhim Cəlilovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər