İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi daha bir qadının barəsində axtarış elan edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, bu Qəhrəmanova Yeganə Lətif qızıdır.
O, 1 dekabr 1986-cı ildə Tovuz rayonunda anadan olub və Tovuz rayon, Qovlar qəsəbə sakinidir.
Barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.
Qeyd edək ki, bundan əvvəl idarə tərəfindən daha iki qadının barəsində axtarış elan olunmuşdu.
Bunlar 1986-cı ildə Sabirabad rayonun Qarağac kəndində anadan olmuş Gülnarə Ramazan qızı Babayeva və və Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü Ələkbərova Lalə Vilayət qızıdır.
Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilmişdi.