30 Sentyabr 2021 16:44
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Hüseynəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Ayxan Hüseybəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu ilin avqustun 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib.

1967-ci il təvəllüdlü Xalıq Bağırov bıçaqlanaraq qətlə yetirilib.

İstintaqla hadisənin zərərçəkmişin kürəkəni, 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən törədildiyi məlum olub.

Istintaqın gəldiyi nəticəyə görə, Ayxan Hüseynəliyevin həyat yoldaşı ilə münasibətləri pis olub. Xalıq Bağırov da onların ailə daxili münaqişələrinə müdaxilə etməyə başlayıb.

Hadisədən bir müddət əvvəl Ayxan Hüseynəliyevin həyat yoldaşı evi tərk edib və atasının evinə gedib.

Bundan sonra Ayxan Hüseynəliyev bir neçə dəfə arvadını və onun ailə üzvlərini ölümlə hədələyib.

Hadisə günü Ayxan Hüseynəliyev Xalıq Bağırovun yaşadığı evin qarşısına gəlib və onun evdən çıxmasını gözləyib.

Xalıq Bağırov evdən çıxan zaman onunla mübahisə edib.

Bu zaman qətl hadisəsi baş verib.

Ayxan Hüseynəliyev hadisədən bir müddət əvvəl arvadını yandırmaq istəyib.

Lakin arvadı qaçaraq gözlənə bilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər