12 Noyabr 2014 11:02
1 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva vilayətinin müstəntiqləri döyülən qızın videogörüntülərinin internetdə yayılması faktını araşdırır.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, zərərçəkən İvanteevkada yaşayan həmyaşıdları döyüb və təhqir ediblər.

"Hazırda zərərçəkənin, eləcə də insidentdə iştirak edənlərin şəxsiyyəti müəyyənləşdirilir. Yoxlamanın nəticələrinə əasəsən, prosessual qərar qəbul ediləcək", - Rusiya İstintaq Komitəsindən bildiriblər.

Qeyd edək ki, qızın döyülməsi ilə bağlı şok kadrlar Rucrash və Life News tərəfindən yayılıb. Jurnalistlərə qızın və ona əzab verənlərin adları bəllidir.

Videodan cinayəti törədənlərin Yuliya K.-nı yerə yıxdıqları, bir nəfərin onun üstündə oturduğu görünür. "Sən dünən mənə sataşdın? Yadında saxla, mənə sataşanın axırı belə olur", - deyən insidentin təşəbbüskarı Darya K. Yuliyanın üzünə zərbələr endirir. Viktoriya S. isə qızın bir çəngə saçını yolaraq "Kimə saş lazımdır? Cadu edək?" deyir.

Yulia K. "Bəsdirin, xahiş edirəm", - desə də, onun bu xahişinə əhəmiyyət vermirlər.

Baş verənləri isə iki qız - Olesya və onun rəfiqəsi telefonun kamerası ilə lentə alırlar. Səs qeydində qılardan birinin "Qızlar bu videonu heç yerdə yaymayın" dediyi eşidilir.

Lakin Olesya və rəfiqəsi qisas görüntülərini internetdə yayırlar.

Qızların sinif yoldaşları bildirib ki, keçmiş rəfiqələrin dalaşmasına Olesyanın sevgilisinin Yuliya ilə görüşməyə başlaması səbəb olub. İnsidentdən əvvəl isə Yuliya Daryaya onun anasının alkoqolizmdən əziyyət çəkdiyini bildirir.

Hadisə zamanı çoxlu xəsarət alan Yuliya xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma davam edir.

Nihad


Müəllif:

Oxşar xəbərlər