Abşeron rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Fatmayi kəndində qeydə alınıb.
Kənd orta məktəbinin yaxınlığındakı evlərin birində 1939-cu il təvəllüdlü Gülbala Məmmədov gəlini Büllurə Məmmədovanı bıçaqlayıb. Bıçaq gəlinin boğaz nahiyyəsinə dəyib. Sərxoş olan qayınata gəlini ilə əvvəlcə mübahisə edib və daha sonra qanlı cinayət baş verib.
Büllurə Məmmədova xəstəxanaya yerləşdirilib. Həkim müayinəsi altında saxlanılan Büllurə Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, əvvəllərdə ailədə mübahisələr çox olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov