3 Oktyabr 2021 10:54
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda 1988-ci il təvəllüdlü Elmir ailə münaqişəsi zəminində həyat yoldaşı Sonanı (adlar şərti verilib – red.) döyüb.

Teleqraf.com-un xəbərinə görə, hadisə bu ilin martın 10-da, saat 16.30-da baş verib.

Elmir birgə yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı Sonaya yumruq və təpiklə vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Elmirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Sona onun arvadıdır: “Bizim birgə nikahımızdan iki azyaşlı övladımız var. Hadisə baş verən günü saat 16.30-da yaşadığımız evdə arvadımla aramızda mübahisə yarandı. Mübahisə zamanı arvadımı əlim ilə vurdum, ona xəsarət yetirdim”.

Elmir qeyd edib ki, törətdiyi cinayət əməlinə görə peşman olub. Elmir arvadı ilə barışdığını deyib və barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sonanın sözlərinə görə, Elmir tez-tez spirtli içkilər içib: “Hadisə günü Elmir nahar zamanı spirtli içki içdi, sərxoş vəziyyətdə mənimlə mübahisə etməyə başladı. Bu zaman yumruqla sol göz nahiyyəmə, boşqabla isə baş nahiyyəmə vurdu. Sonra boğazımdan yapışaraq məni boğmaq istədi. Səsə anam və qardaşım gəldi. Onlar bizi araladılar”.

Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən şəxs оndan üzr istəyib və dəyən ziyanı ödəyib, həmçinin barışıb. Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayəti olmadığını, onun barəsində cinayət təqibinə xitam verilməsini istəyib.

Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Elmirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.


Müəllif: Hacı Zeynalov