Bakının Nizami rayonunda mağazadan oğurluq edən şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nizami rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Kərim Kubayeviç Kubayev və 1995-ci il təvəllüdlü Renat Məhərrəmov tutulublar.
Onlar Q.Qarayev prospektində yerləşən mebel mağazasından açar seçmə yolu ilə içəri giriblər. Dəstə üzvləri mağazadan 55 000 manat aparıblar. Bundan başqa, onlar oktyabrın 13-də B.Nuriyev küçəsində yerləşən mağazadan, pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə içərisində 65 000 manat olan seyfləri oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov