12 Noyabr 2014 12:32
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda cibgirlik edən şəxs məsuliyyətə cəlb olunub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayon Polis İdarəsi 20-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində, noyabrın 8-da cibgirlikdə şübhəli bilinən, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Vüqar Əsədov tutulub.

Vüqar Əsədov saxlanılan zaman üzərindən 0,890 qram heroin aşkar olunaraq götürülüb. Şübhəli şəxsin ətrafında keçirilən ilkin əməliyyat-istintaq tədbirləri ilə müəyyən olunub ki, o, iyunun 22-də 82 saylı xətt avtobusunda Bakı şəhər sakinləri – Aidə Nəsirovanın əl çantasından, oktyabrın 20-də Həsən Əliyev küçəsində Namiq Hüseynovun cibindən naməlum şəraitdə mobil telefonunu gizli yolla oğurlayıb.

Vüqar Məmmədov əvvəllər Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 158-ci maddəsi (oğurluq, cibgirlik) ilə məhkum olunub.

Hacı Zeynalov


Müəllif: