12 Noyabr 2014 12:49
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi müxtəlif vaxtlarda itkin düşən 5 nəfərin tapılmasını təmin edib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş Fərid Abbasov, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, Günay Abdullayeva, Esmira Əliyeva, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Şəlalə Quluzadə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Samirə Gənciyeva tapılıblar.

Müxtəlif vaxtlarda itkin düşmüş həmin şəxslər evlərinə qaytarılıblar.

Hacı Zeynalov


Müəllif: