12 Noyabr 2014 12:59
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda intihara cəhd edən gənc istintaqa ifadə verib.

Teleqraf.com xəbər verir ki, hadisə noyabrın 11-də, saat axşam saatlarında qeydə alınıb.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Ramiz Balakişiyev Dənizkənarı Milli Parkada “Saat qülləsi”nin yaxınlığında özünü dənizə atıb. O, ərazidə olan mühafizə polisinin əməkdaşları tərəfindən xilas edilib.

Səbail rayon Prokurorluğunda ifadə verən Ramiz Balakişiyev intihara əl atmasının səbəblərini açıqlayıb. O, bildirib ki, maddi vəziyyəti ağır olub. İmkansızlıqdan əziyyət çəkdiyini deyən Ramiz Balakişiyev intihar etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər