Penitensiar Xidmət 6 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimayyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, noyabrın 8-də Bakı şəhəri Nizami rayonunda yerləşən 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir qrup məhkum arasında məişət zəminində münaqişə baş verib.
Münaqişənin qarşı qısa müddət ərzində müəssisə və Penitensiar xidmətin Baş İdarəsinin əməkdaşlarının səyi nəticəsində alınıb. Daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara bir daha qanunun tələbləri izah olunub. Müəssisənin normal iş ahənginin pozulmasına yönələn hər hansı hərəkətlərin qarşısının qətiyyətlə alınacağı bildirilib. Münaqişə zamanı müəssisədə cəza çəkən məhkumlar və əməkdaşlar arasında xəsarət alan olmayıb. Hadisə ilə bağlı toplanmış materiallar hüquqi qiymət veril məsi məqsədi ilə Bakı şəhəri Nizami Rayon Prokurorluğuna göndərilib.
Hacı Zeynalov