7 Oktyabr 2021 19:14
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyat zamanı Pirallahı qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Azər Şahşinov tutularaq istintaqa təqdim edilib.

Üzərində şəxsi axtarış aparılan zaman ondan külli miqdarda heroin, metamfetamin, satışı qadağan edilən psixotrop tərkibl tramadol və preqabalın həbi, eləcə də 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Azər Şahşinov ifadəsində Pirallahı və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı saxlanılan şəxsin ətrafında Pirallahı Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com