8 Oktyabr 2021 14:12
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kursk şəhərində 32 yaşlı Anastasiya Baulina ərinə xəyanət etdiyini deyən oğlunun üstünə benzin tökərək yandırıb.

Teleqraf.com xəbər verir ki, xəyanətindən xəbər tutan övladını vəhşicəsinə qətlə yetirən ana məhkəmədə oğlunu qorxutmaq üçün belə bir əməl törətdiyini deyib.

Anastasiya bundan sonra alovu qarla söndürməyə çalışdığını iddia edib. Amma qadının qızı Natalya məhkəmədə 35 yaşlı ögey atası Pavelin alovu söndürdüyünü söyləyib. Natalya anasının qardaşının üstünə benzin tökdükdən sonra üç dəfə kibrit yandırdığını və qardaşını alov içində qoyub onu bunu izləməyə məcbur etdiyini də bildirib.

Natalya qardaşının fəryadını eşidən ögey atasının evdən qaçaraq uşağı bürümüş alovu söndürdüyünü, anasının qardaşına “sənə susmağı öyrədəcəyəm” deyə qışqırdığını söyləyib. Evə çağırılan təcili yardımla xəstəxanaya aparılan uşaq iki gün sonra vəfat edib.

Qadının telefonunda başqa kişi ilə əlaqəsinin olduğu mesajlar tapılıb.

Məhkəmənin qərarı ilə 15 il həbs cəzasına məhkum edilmiş Anastasiyanın qızı Natalya başqa ailəyə övladlığa verilib.


Müəllif: Mənsur Rəğbətoğlu