12 Oktyabr 2021 14:01
37 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda 1995-ci il təvəllüdlü Vəli Orucov yetkinlik yaşına çatmayan Mahirə (ad və soyadlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Teleqraf.com-un xəbərinə görə, Vəli 9 avqust 2020-ci ildə saat 18 radələrində 2005-ci il təvəllüdlü Mahirənin öz razılığı əsasında evlənmək məqsədilə yaşadığı Gədəbəy rayonu Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evinə aparıb. Vəli sentyabrın 6-dək Mahirə ilə yaşadıqları evdə cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Vəlinin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Sevgi münasibətində ola bilcəyini bildirdi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, 9 mart 2018-cidən Gədəbəy rayon polis şöbəsində təminat hissəsinin kiçik inspektoru vəzifəsində, polis kiçik serjantı kimi işə qəbul edilib: “2019-cu ilin mayından Gədəbəy rayon polis şöbəsinin müvəqqəti saxlama yerinin konvoy polis nəfəri, polis serjantı vəzifəsini icra etmişəm. 4 aprel 2021-ci ildə öz ərizəm əsasında daxili işlər orqanlarında qulluqdan xaric edilmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 7 iyun 2020-ci ildə günorta saatlarında Gəncə şəhəri, univermaq adlanan ərazidəki kişi və qadın geyimləri satılan dükanda paltar alan zaman Gəncə şəhərində yaşayan Mahirə ilə rastlaşıb: "Mahirəyə yaxınlaşaraq ona xoşum gəldiyini bildirdirim. Mobil telefon nömrəmə ödəmə aparatı ilə köçürdüyüm konturun qəbzini ona verdim ki, istəsə, mənə zəng etsin.

Bundan 2 gün sonra Mahirə mənə zəng etdi, məndən xoşu gəldiyini, 16 yaşı olduğunu və sevgi münasibətində ola biləcəyimizi bildirdi”.

“Bir-birimizə olan sevgilərimizdən söhbət etdik”

Vəlinin ifadəsinə görə, 2020-ci il iyunun 14, 21 və 28-də, həftənin bazar günlərində Gəncə şəhərinə gedib və Mahirə ilə söhbət edib: “Mahirə ilə görüşdükdən sonra yaşadığım Gədəbəy rayonu, Qaraməmmədli kəndinə gəlmişəm. İyunun 28-də Mahirə ilə görüşərkən mənə yaşının 16 deyil, 15 olduğunu, az yaşı olduğuna görə münasibətlərimizi yekunlaşdıra biləcəyimizi bildirdi.

Lakin onunla razılaşmadım. 2 il də gözləyəcəyimi bildirdim. Biz münasibətlərimizi davam etdirdik. Bundan əlavə Mahirə ilə tez-tez telefonla danışaraq bir-birimizə olan sevgimizdən söhbət etdik”.

“Anası qızının mənimlə evlənməyinə razılıq verdi”

Vəli qeyd edib ki, iyulun 13-də Mahirə ona zəng edib: “Mahirə ona qarşı sevgim dərindirsə, fikrim ciddidirsə, ata-anamı yaşadığı evə elçi göndərməyimi istədi. Onunla razılaşdım. İyulun 19-da ata-anamı Mahirəgilə elçi göndərdim.

Elçilik zamanı Mahirənin anası qızının mənimlə evlənməyinə razılıq verdi. Lakin valideynlərimə Mahirənin 15 yaşı olması səbəbilə evlilik məsələsində 2 il gözləmək lazım olduğunu bildirdi. Atam və anam razılaşdıqdan sonra valideynlərimlə birlikdə Gədəbəy rayonuna qayıtdıq. Mahirə ilə Gəncə şəhərində görüşməyə və telefonla danışmağa davam etdik”.

“Birlikdə yaşamağımız etiraz etmədilər”

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 7-də Mahirə ona zəng edib: “Mənimlə evlənmək istədiyini, mənə qarşı hislərinin səmimi olduğunu, onu evlənmək məqsədilə aparmağımı istədi.

Mahirəyə polis şöbəsində işdə olduğumu, bazar günü gələrək onu aparacağımı dedim. Həftənin bazar günü, avqustun 9-da saat 18 radələrində Mahirəyə zəng etdim. Gəncə şəhərinə gəldiyimi bildirdim. Saat 19 radələrində Mahirə ilə yaşadığı evin yanındakı aptekdə görüşdük.

Dövlət qeydiyyat nişanını xatırlamadığım taksi ilə Gəncə şəhərinin çıxışındakı avtovağzala, oradan isə tanımadığım başqa bir taksini sifariş edərək yaşadığım Gədəbəy rayonu Qaraməmmədli kəndinə gəldik. Valideynlərim Mahirəni öz övladları kimi qəbul etdilər, birlikdə yaşamağımız etiraz etmədilər”.

“Anası etiraz etmədi”

Vəlinin ifadəsinə görə, daha sonra Mahirənin anasına zəng edib və ailə qurmaq məqsədilə qızını yaşadığı Gədəbəy rayonu, Qaraməmmədli kəndindəki evlərinə gətirdiyini bildirib: “Mahirə özü də anası ilə telefonla danışan zaman məni sevdiyi üçün qoşularaq gəldiyini, heç kimin onu zorla aparmadığını bildirdi.

Avqustun 10-da saat 10 radələrində Mahirənin anası taksi ilə bizə gəldi. Mahirə anası ilə görüşərək bir daha məni sevdiyi üçün ailə həyatı qurmaq məqsədi ilə gəldiyini, heç kim onu zorla gətirmədiyini bildirdi. Bundan sonra anası Mahirəyə heç bir etiraz etmədi”.

“Cinsi əlaqədə oldum”

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 9-dan sentyabrın 6-dək Mahirə yaşadığı evə gəlin gəlsə də, sonuncu ilə heç bir münasibətdə olmayıb: “Sentyabrın 6-da, saat 17-18 radələrində Mahirə ilə təbii yolla cinsi əlaqədə oldum. Həmin vaxt Mahirənin bəkarəti pozuldu”.

Təqsirləndirilən şəxs bildirib ki, onun atası ağır xəstədir, ailənin yeganə işləyəni və dolandıranıdır. Qeyd edib ki, Mahirə ilə biri-birilərini sevirlər və gələcəkdə nikah bağlayıb, ailə quracaqlar.

“Mənim də xoşuma gəldi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mahirə bildirib ki, iyunun 7-də, günorta saatlarında Gəncə şəhəri, univermaq adlanan ərazidəki kişi və qadın geyimləri satılan dükanda paltar alan zaman Vəli ilə rastlaşıb: “Vəli yaxınlaşaraq məndən xoşu gəldiyini bildirdi, mobil nömrəsini mənə verdi. 2 gün sonra ona zəng etdim. Mənim də ondan xoşum gəldiyini, 16 yaşım olduğunu və sevgi münasibətində ola biləcəyimizi bildirdim”.

Zərərçəkmişin sözlərinə görə, bundan sonra görüşməyə başlayıblar: “Növbəti dəfə görüşən zaman yaşımın 16 deyil, 15 olduğunu açıb dedim, bu səbəbdən münasibətlərimizi yekunlaşdıra biləcəyimizi bildirdim. Vəli mənimlə razılaşmadı, 2 il də gözləyəcəyini bildirdi və münasibətlərimizi davam etdirdik.

Vəli ilə tez-tez telefonla danışdıq, bir- birilərimizi sevdiyimizi dedik, sevgi mövzusunda söhbətlər etdik”.

Mahirə daha sonra ifadəsində Vəliyə qoşularaq qaçdığını, onunla cinsi əlaqəyə girdiyini, onu sevdiyini, gələcəkdə onunla ailə quracağını söyləyib.

Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Vəlinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olamaqla 1 il şərti cəza verilib.


Müəllif: Hacı Zeynalov