15 Oktyabr 2021 08:25
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

“Memar Əcəmi” metrostansiyasının yaxınlığında bir neçə nəfərin iştirakı ilə dava olub. Dava zamanı 23 yaşlı Bədəlov Əlimurad Əlövsət oğlu bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. Onun bədənində 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com