15 Oktyabr 2021 17:39
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın tələbi ilə Monteneqroda saxlanılan, qətl və adam oğurluğunda ittiham olunan azərbaycanlı iş adamı Telman İsmayılov bu ölkədən siyasi sığınacaq istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsmayılovun vəkili Marina Rusakova açıqlama verib.

Vəkili iş adamının heç bir ittihamla razılaşmadığını deyib: “O, heç bir cinayətdə iştirakçı olmayıb və ittihamları qəbul etməyib”.

Vəkil onu da vurğulayıb ki, Rusiya Baş Prokurorluğunun müvəkkilinin ekstradisiyası üçün Monteneqroya göndərdiyi tələb çoxdan edilib: “Saxlanılanda Telmanın əlində siyasi sığınacaq üçün müraciət etdiyini bildirən sənəd vardı. Buna görə də onun saxlanması qanunsuz idi. Ekstradisiya məsələsinə yalnız bu fakt yoxlanıldıqdan sonra qərar veriləcək”.

Rusiya Baş Prokurorluğu oktyabrın 7-də Telman İsmayılovun bu ölkəyə ekstradisiyası ilə bağlı Monteneqronun Ədliyyə Nazirliyinə müraciət edib.


Müəllif: Mənsur Rəğbətoğlu