16 Oktyabr 2021 10:03
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax sakinində narkotik aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Xəbərə görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Sərxan Əhmədovun yaşadığı evə baxış keçirilən zaman oradan narkotik maddə olan “heroin”, “metamfetim” “marixuana”, müxtəlif şprislər aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com