13 Noyabr 2014 11:05
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda ağır yol nəqliyyat hadisəsi törətmiş sürücü həbs edilib.

Bu barədə Teleqraf.com-a Bərdə rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Alaçadırlı kənd sakini Elmin Cəfərli tutulub. Elmin Cəfərli noyabrın 10-da idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən Bərdə rayon sakini Narın Əliyevanı vurub. Piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

Hadisə şahidləri vurulan piyadanı təcili xəstəxanana çatdırıblar. Vaxtında tibbi yardım göstərildiyi üçün Narın Əliyevanın həyatını xilas etmək mümkün olub. İlkin məlumata görə, Elmin Cəfərli sürət həddini aşması nəticəsində yol qəzasını törədib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: