13 Noyabr 2014 11:16
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Salyan rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, rayon sakini Vaqif Hüseynov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ağır xəsarətlə Salyan rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vaqif Hüseynova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini Raqif Hüseynov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: