Bakının Binəqədi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Binəqədi rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, 1968-ci il təvəllüdlü Dəyanət Əliyev tutulub. Ondan 8 kq. 200 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Hacı Zeynalov