13 Noyabr 2014 11:54
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə noyabrın 12-də saat 17:00 radələrində, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Buzovna-Maştağa yolunda 1963-cü il təvəllüdlü Nofəl Qurbanovun idarə etdiyi “Lexus” markalı, 1974-cü il təvəllüdlü İltifat Eyvazovun idarə etdiyi “Mercedes” markalı, və 1954-cü il təvəllüdlü Toğrul İbrahimovun idarə etdiyi VAZ -2106 markalı avtomobillər toqquşub.

Nəticədə Toğrul İbrahimov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hacı Zeynalov


Müəllif: