18 Oktyabr 2021 15:37
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyunun 22-də 1981-ci il təvəllüdlü Ruslan Əsədovun Kürdəmir rayonu ərazisində öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Teleqraf.com-a Kürdəmir rayon Prokurorluğundan bildirilib.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ramazan Qurbanov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

İş üzrə toplanmış sübutlar əsasında Ramazan Qurbanova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov