Ağcabədi rayonunda yaşlı kişini qətlə yetirən həbs edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Ənvər Məmmədovu qətlə yetirmiş rayon sakini Aydın Osmanov tutulub. İlkin məlumata görə, Aydın Qasımov cinayəti tamah məqsədilə törədib.
Qeyd edək ki, rayon ərazisində 80 yaşlı Ənvər Məmmədovun yaşadığı evindən meyiti tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, yaşlı kişi küt alətlə qətlə yetirilib. Ənvər Məmmədov tək yaşayırmış.
Hacı Zeynalov