20 Oktyabr 2021 11:42
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Ermənistanda çox sayda insan ölümü və yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, İrəvan-Gümrü yolu ilə hərəkət edən “Qazel” markalı mikroavtobusun aşması nəticəsində 5 nəfər ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər xəstəxanalara yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu