21 Oktyabr 2021 10:29
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatında tibb bacısı ürək əməliyyatlarından sonra 4 xəstəyə hava vuraraq öldürdüyü iddiası ilə edam cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, 37 yaşlı Devis 2018-ci ildən son hadisəyə qədər xəstəxanada çalışıb.

Polis hadisəni Devisin ürək əməliyyatı keçirən xəstələrin otaqlarına girərkən kamera görüntülərindən təsbit edib. Qatil tibb bacısı otaqdan çıxdıqdan sonra xəstələrin vəziyyəti birdən-birə pisləşirdi.

Prokuror bildirib ki, xəstəxana silsilə qətllər törətmiş qatili gizlətmək üçün mükəmməl bir yer olub: “Həmin tibb bacısı otaqlara girib xəstələrə hava vurmağı xoşlayırmış. O, qurbanlarının ölümünü monitorlarda seyr edirmiş".


Müəllif: Yeganə Oqtayqızı