22 Oktyabr 2021 09:56
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Qaradağ Rayon Prokurorluğundan bildirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com