22 Oktyabr 17:49

Şirvan şəhər ərazisində narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olan Vüsal Mirzəyev saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin, heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com