Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, bu məqsədlə 10 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində müasir tələblərə uyğun istixana istifadəyə verilib. Yeni təşkil olunmuş istehsalat sahəsi 20 nəfərədək məhkumun əməyə cəlb edilməsinə şərait yaradacaq.
Hacı Zeynalov