24 Oktyabr 21:37

Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, Tatlı kəndində 2005-ci il təvəllüdlü S.Sadıqov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com