26 Oktyabr 2021 08:25
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Uhan şəhərində bıçaqla silahlanmış cinayətkarın hücumu nəticəsində azı 7 nəfər ölüb, daha bir nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Hadisə Tsaydyan rayonu ərazisində baş verib. Bildirilir ki, 39 yaşlı Qao adlı sakin 5 nəfəri bıçaqlayaraq qətlə yetirib, daha bir şəxsi isə yaralayıb. Yaralı şəxs cinayətkarın əlindən qaça bilib.

Daha sonra cinayətkar da hadisə yerindən qaçıb və qarşısına çıxan iki nəfəri əlindəki soyuq silahla öldürüb. Polis bildirib ki, hadisəni törədən şəxs körpüdən özünü Yantszı çayına atıb.

Hücum edənin tutulması və ya meyitinin tapılması barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com