27 Oktyabr 2021 12:52
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayevin barəsində həbs qətimkan tədbirin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Sərdar Babayevin vəkili Cavad Cavadov məlumat yayıb.

Qeyd edib ki, bu gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə apelyasiya şikayəti təmin edilməyib.

İstintaq orqanı tərəfindən Sərdar Babayevin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə Sərdar Babayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il fevralında isə azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər