27 Oktyabr 2021 17:25
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan mərhum edilib.

Həmçinin Rövşən Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. Rövşən Əkbərovdan 40 min 10 manat məbləğində pul tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.

Məhkəmə Rövşən Əkbərovun hərbi rütbəsi, fəxri adlarının alınmasının zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.

Qeyd edək ki, prokuror Eldar Həmzəyev Rövşən Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsinin ittihamdan xaric edilməsini istəyib. Buna səbəb cinayət işinin üstündən uzun müddət keçməsi olub.

Prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinmısini, 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Elçin Sadıqov çıxışı zamanı prokurorun istədiyi cəza ilə razı olmayıb. O, Rövşən Əkbərova prokurorun istədiyi cəzanın az olduğunu deyib, təqsirləndirilən şəxsə 15 il cəza verilməsini xahiş edib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov