14 Noyabr 2014 07:11
925
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qanlı hadisə baş verib.

Teleqraf.com-un məlumatına görə, Xətai prospekti, 10 ünvanında yaşayan Türkiyə vətəndaşı, 36 yaşlı Atalay Əli Həsən bıçaqlanıb. Restoranlardan birində kababçı işləyən Əli Atalayı xəstəxanaya dostları çatdırıb.

Hadisə barədə məlumat alan polis əməkdaşları dərhal araşdırmalara başlayıb. İlkin araşdırma zamanı məlum olub ki, Əli Atalay özü-özünü bıçaqlayıb. İşdən evə sərxoş gələn Türkiyə vətəndaşını həyat yoldaşı evə buraxmayıb. Bu səbəbdən ərlə arvad arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən Atalay Əli Həsən əlini bıçağa atıb və bıçağı özünün qarın nahiyəsinə sancıb. Həkimlər əməliyyat olunan yaralının vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.


Müəllif:

Oxşar xəbərlər